Parlament seçkiləri bu qaydada keçiriləcək - AÇIQLANDI

Parlament seçkiləri bu qaydada keçiriləcək - AÇIQLANDI

“Məncə, parlamentin hansısa bir şəkildə yeni formatda, tutaq ki, proporsional, majoritar və ya qarışıq sistem üzrə keçirilməsi məsələsi sonrakı dövrdə həll olunacaq. Çünki bu ərəfədə hər hansı bir referendum keçirilmədi və konstitusiyaya dəyişiklik olmadı. Bu baxımdan parlament seçkiləri sırf majoritar üsulla keçiriləcək”.

Yenisabah.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib. Deputat TV “Müsavat”ın efirinə qonaq olarkən parlamentin strukturunda və səlahiyyət imkanlarında ciddi dəyişikliyin olmayacağını qeyd edib:

“Mahiyyətcə parlamentin strukturunda və səlahiyyət imkanlarında ciddi dəyişiklik baş verməyəcək. Bi raz texniki dəyişikliklər özünü daha qabarıq göstərəcək. Növbəti mərhələdə necə olacaq, bunu hadisələrin gedişi göstərəcək”.

Deputat ölkədə növbədənkənar parlament seçkilərinin keçirilib-keçirilməyəcəyilə bağlı sualı belə cavablandırıb: "Məndə bu barədə dəqiq məlumat yoxdur".

Mənbə: yenisabah.az