Paşinyan Aİİ fəaliyyətindən ŞİKAYƏTLƏNDİ: “Bu proses xeyli ləngiyib” - VİDEO

Paşinyan Aİİ fəaliyyətindən ŞİKAYƏTLƏNDİ:

“Ümumi enerji bazarının formalaşması prosesi xeyli ləngiyib, bu proses sonsuza qədər davam edə bilməz”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının Ali İqtisadi Şurasının (Aİİ) iclası zamanı deyib.

“İrəvan hesab edir ki, bu proses ağlabatan müddətdə həyata keçirilməlidir. Ermənistan həll olunmamış məsələlər üzrə konsensusa tez nail olmaq üçün konstruktiv dialoqa hazırdır”, - deyə Ermənistanın baş naziri bildirib.

Paşinyan həmçinin qeyd edib ki, nəqliyyat infrastrukturlarının inkişafı ölkələr arasında ticarət dövriyyəsinin artmasına təkan verəcək.

Baş nazir vurğulayıb ki, yalnız tərəfdaş ölkələrin maraqlarına hörmət və hər bir üzv dövlətin maraqlarına cavab verən konstruktiv həll yollarının axtarışı əsasında Aİİ-nin səmərəli fəaliyyətini saxlamaq mümkün olacaq.

Qeyd edək ki, iclasa Ermənistan sədrlik edib.

Mənbə: bizim.media