Putin və Paşinyan bu önəmli məsələdə razılığa gəldilər

Putin və Paşinyan bu önəmli məsələdə razılığa gəldilər

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Görüşdə Rusiya sərhədçilərinin Ermənistanın paytaxtı İrəvandakı “Zvartnots” hava limanını, eyni zamanda bu ölkənin Sünik, Vayots Dzor, Geğarkunik, Ararat, Tavuşdakı məntəqələri tərk etməsi razılaşdırılıb.

Bu barədə "Baqramyan26" teleqram kanalında məlumat yayılıb.

Bildirilib ki, Baş nazir Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar uğurla nəticələnib. Daha əvvəl bildirildiyi kimi, Rusiya sərhədçilərinin “Zvartnots” hava limanında xidmət etməyəcəyi barədə razılıq əldə olunmuşdu. Bundan başqa, Rusiya sərhədçiləri/hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri Sünik, Vayots Dzor, Geğarkunik, Ararat, Tavuşdakı məntəqələri tərk edəcəklər”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, aprelin 20-də Nikol Paşinyan Rusiya sərhədçilərinin Tavuşdakı postları tərk edəcəklərini açıqlamışdı. Sonra isə Rusiya sərhədçilərinin avqust aylında "Zvartnots" hava limanından çıxacaqlarını bildirmişdi.

Mənbə: qafqazinfo.az