Tavuş etirazçıları İrəvanda mitinqə başladı - VİDEO

Tavuş etirazçıları İrəvanda mitinqə başladı -

Ermənistan Milli Təhlükəsizlik Xidməti “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları İrəvanın Respublika meydanında mitinqə başlayıb.

Bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, Ermənistan polisi İrəvanın mərkəzindəki Respublika meydanındakı hökumət binalarına xeyli qüvvə toplayıb. Ermənistan hökumətinin və qonşu nazirliklərin binalarının girişləri mühafizəyə götürülüb.

Bildirilib ki, mitinq iştirakçıları Respublika meydanının demək olar ki, hər yerini tutublar.

Mənbə: axar.az