Rəsmilər Heydər Əliyevi yad edir - YENİLƏNİB + FOTO

Rəsmilər Heydər Əliyevi yad edir -

Ümumilli lider Heydər Əliyevin doğum günü münasibətilə Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev və bir çox rəsmi şəxslər Fəxri xiyabanı ziyarət edib.

Hökumət rəsmiləri ulu öndərin abidəsinin önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, bu gün Heydər Əliyevin anadan olmasından 101 il keçir.

Sail Ağasəlim

Fotoar: Xəyal Vəlizadə





































Mənbə: qafqazinfo.az