Netanyahu etiraf etdi: Baydenlə fikir ayrılığı var

Netanyahu etiraf etdi: Baydenlə fikir ayrılığı var

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağındakı vəziyyətlə bağlı ABŞ prezidenti Co Baydenlə fikir ayrılıqlarından danışıb və onların aradan qaldırıla biləcəyinə əminliyini bildirib.

Bu barədə “Haaretz” məlumat yayıb.

“Bizim tez-tez razılaşmalarımız olub, lakin fikir ayrılıqları da olub. Biz onların öhdəsindən gələ bildik. Ümid edirəm ki, indi də onların öhdəsindən gələcəyik”, - İsrailin baş naziri bildirib.

O, yəhudi dövlətinin özünü qorumaq üçün əlindən gələni etmək niyyətində olduğunu vurğulayıb.

Bundan əvvəl Fələstinin HƏMAS hərəkatı bildirib ki, İsrail vasitəçilərin Qəzza zolağında atəşkəslə bağlı təklifini rədd edib.

Tural

Mənbə: publika.az