YAP-dan parlament seçkiləri ilə bağlı - AÇIQLAMA

YAP-dan parlament seçkiləri ilə bağlı -

“Parlament seçkilərinin vaxtı ilə bağlı hələ son qərar yoxdur”.

Bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

O əlavə edib ki, Yeni Azərbaycan Partiyası bütün seçkilərdə yalnız seçki ərəfəsində yox, seçkilərarası müddətdə də prosesə hazırlıq aparır.

“Hazırda Parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçiririk”, - deyə T.Budaqov qeyd edib.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bir neçə gün əvvəl verdiyi açıqlamada noyabrın əvvəli keçirilməli olan parlament seçkilərinin vaxtının irəli çəkiləcəyini bildirmişdi.

Mənbə: qafqazinfo.az