BMT rəsmisi: “Top artıq Türkiyə və Yunanıstan liderlərinin əlindədir”

BMT rəsmisi: “Top artıq Türkiyə və Yunanıstan liderlərinin əlindədir”

Yanvar ayında BMT-nin Baş katibi Antonio Quterreşin Kiprdə türklər və yunanlar arasında danışıqlar üçün ortaq bir əsasın olub-olmadığını araşdırmaq üçün təyin etdiyi şəxsi nümayəndəsi Maria Angela Holqin Kiprə səfəri zamanı bir həftə orada qalıb.

O, Türkiyə və Yunanıstan tərəfləri ilə bir sıra danışıqlar aparıb.

Holqin danışıqların qaldığı yerdən və federasiya əsasında davam etməsini istəyən Kipr Respublikasının lideri Nikos Hristodulidis və iki ayrı dövlət arasında əməkdaşlıq əsasında danışıqlar aparılmasını istəyən Şimali Kiprin prezidenti Ersin Tatarla dəfələrlə görüşüb.

Hristodulidis təmaslarda irəliləyiş olduğu təəssüratı yaratmaq üçün Tatar və BMT nümayəndəsi ilə üçtərəfli görüş təklif edib, eyni zamanda Aİ üzvlüyündən istifadə edərək Türkiyəyə təzyiq göstərməyə çalışıb.

Ersin Tatar Holqinin üçtərəfli görüş təklifini rədd etsə də, 6 aylıq səlahiyyət müddəti bitdikdən sonra iyulun 5-dən sonra BMT-yə təqdim edəcəyi hesabatda Türkiyə tərəfinə edilən haqsızlıqları qeyd edəcəyini gözlədiyini bildirib. Tatar bu yaxınlarda Qambiyaya səfəri zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə bu məsələni bir daha müzakirə etdiyini əlavə edib.

Holqin qarant ölkələrə getdiyini, Aİ və Moskvada əlaqələrinin olduğunu diqqətə çatdırıb: “Kiprdə hər iki tərəfin siyasi partiyaları, qeyri-hökumət təşkilatları və iqtisadi dairələri ilə görüşdüm. Hamı tərəqqi istəyir. Top artıq Yunanıstan və Türkiyə liderlərinin əlindədir”.

Aysel Şahmar

Mənbə: publika.az