Rusiya və Ermənistanın yolları ayrılıb - Naumov

Rusiya və Ermənistanın yolları ayrılıb - Naumov

Rusiya və Ermənistanın yolları ayrılıb və çətin ki, yaxın gələcəkdə, hətta ortamüddətli perspektivdə onların münasibətləri əvvəlki səviyyəyə qayıtsın.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında politoloq Aleksey Naumov deyib.

Onun sözlərinə görə Ermənistanın Baş naziri Nikol Paşinyan öz yerində möhkəm oturub və bu gün İrəvanın siyasi kursunu məhz o müəyyənləşdirir:

“Bu siyasət artıq antirusiya, antiazərbaycan və təbii ki, bir çox cəhətdən bütün region üçün faydasız olmağa məhkumdur. Paşinyan antirusiya və qərbyönlü siyasi kurs seçib”.

Mənbə: axar.az