Zelenski iki yüksək vəzifəli məmuru cəzalandırdı

 Zelenski iki yüksək vəzifəli məmuru cəzalandırdı

Ukrayna prezidenti Vladimir Zelenski iki yüksək çinli məmura töhmət verib. Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukrayna prezident administrasiyasının başçısının birinci müavini Sergey Trofimov və digər müavin Kirill Timoşenkoya töhmət verilməsinə səbəb onların prezidentin Dnepropetrovsk vilayətinə işçi səfərini düzgün təşkil etməmələri olub.

Prezidentin bununla bağlı verdiyi fərmanda müavinlərin əsas səhvlərinin nədə olması dəqiq göstərilmir.

Müavin Kirill Timoşenko töhmətin Dnepropetrovsk bölgəsinə səfərlə bağlı olduğunu təsdiq edib.

Şahanə Rəhimli

Mənbə: azvision.az