Salim bin Məhəmməd əl-Malik: “Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyir”

Salim bin Məhəmməd əl-Malik: “Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyir”

“ICESCO fəxr edir ki, Prezident İlham Əliyev onun planlarını və Azərbaycanla bağlı proqramlarını dəstəkləyir və təşkilat da öz növbəsində ona öz vəfa borcunu yerinə yetirir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxışında söyləyib.

Salim bin Məhəmməd əl-Malik bildirib ki, Azərbaycanın zəkalı oğulları ICESCO-da fəaliyyət göstərir, orada təcrübəli ekspertlər kimi çalışırlar.

Mənbə: oxu.az