Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova vəzifəsindən azad olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Onun öz ərizəsi ilə işdən çıxarıldığı bildirilir.
Qeyd edək ki, A.Sabitova 2012-ci ildə Ədliyyə qulluğuna qəbul olunaraq müxtəlif məsul vəzifələrdə çalışıb. O, 2018-ci ildə İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi vəzifəsinə təyin olunub.
Mənbə: qafqazinfo.az