Belarus prezidenti Aİ ilə viza rejimini sadələşdirmək qərarına gəlib

Belarus prezidenti Aİ ilə viza rejimini sadələşdirmək qərarına gəlib

Belarus Avropa İttifaqı ölkələri ilə viza rejimini sadələşdirəcək...

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz bildirib.

Müvafiq qərarı prezident Aleksandr Lukaşenko qəbul edib, qərar bu gün dərc olunacaq.

A.Qlaz sənədin Aİ ilə vizaların və readmissiyanın verilməsi prosesinin asanlaşdırılmasına dair sazişin imzalanmasına aid olduğunu qeyd edib.

Qeyd edək ki, Belarus və Aİ 2014-cü ildən bəri viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında saziş layihələri üzrə məsləhətləşmələr aparır. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, sənədin ikinci layihəsi üzrə məsləhətləşmələr başa çatıb. Belarus Xarici İşlər naziri Vladimir Makey isə vurğulayıb ki, hər iki sənəd kompleks şəkildə imzalanmalıdır.

pia.az

Mənbə: pia.az