Tbilisidə etirazçılar hökumətə "qırmızı kart" göstəriblər

Tbilisidə etirazçılar hökumətə "qırmızı kart" göstəriblər

Tbilisidə parlamentin binası qarşısında keçirilən aksiya davam edir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiya iştirakçıları əllərində "qırmızı kartlar" tutublar.

Onlar bu yolla hökumətin əleyhinə olduqlarını ifadə ediblər.

Aksiya təşkilatçıları bildiriblər ki, onlar "qırmızı kartlar"la Bidzina İvanişvilinin idarəçiliyinə son qoyulmasını tələb edirlər.

Mənbə: sherg.az