Əfqanıstan prezidenti vətəndaş itkilərinin qarşısını alacağına söz verir

Əfqanıstan prezidenti vətəndaş itkilərinin qarşısını alacağına söz verir

Əfqanıstan prezidenti Əşrəf Qani cümə günü Şərqi Nangarhar vilayətində pilotsuz təyyarənin militantlara hücumu zamanı azı 30 nəfərin ölümündən sonra mülki vətəndaşlar arasında itkilərin qarşısının alınması üçün tədbirlər həyata keçirildiyini deyib.

Qani mülki vətəndaşların qorunması üçün yeni addımların tətbiq edildiyini, gecə reydlərini və günahsız insanların həyatlarını itirməsinə səbəb olan hücumların dayandırılması üçün bir neçə "yoxlama və tarazlıq" planının tətbiq etdiyini bildirib.

O, bu vədləri seçki ərəfəsində Nanqarhar əyalətinin paytaxtı Cəlalabadda keçirilən mitinqdə çıxışı zamanı edib.

Prezident seçkiləri Əfqanıstan boyu sentyabrın 28-də keçiriləcək.

Taliban komandirləri ABŞ-la üsyançı qrup arasında sülh danışıqlarının baş tutmamasından sonra prezident seçkilərini zorakı şəkildə pozacaqlarına söz veriblər.

Mənbə: www.amerikaninsesi.org