Ermənistanda polis deputatların kirantsa girməsinə mane olur - VİDEO

Ermənistanda polis deputatların kirantsa girməsinə mane olur -

Ermənistanda polis müxalifət deputatlarının və jurnalistlərin Kirantsın ərazisinə daxil olmasına mane olur.
Bu barədə “Milli Cəbhə” Teleqram kanalı məlumat yayıb və bu addımı qeyri-qanuni adlandırıb.
“Hazırda Tavuş marzının sərhəddə yerləşən Kirants kəndində gərgin vəziyyət hökm sürür”, - məlumatda deyilir.
Ermənistanın Milli Təhlükəsizlik Xidməti isə məlumat yayaraq, Xidmətin sərhəd qoşunlarının Tavuş vilayətinin Kirants kəndi ərazisində Ermənistan Respublikasının dövlət sərhədinin mühafizəsini öz üzərinə götürmək üçün hazırlıq işləri apardığını bəyan edib.
“Təhlükəsizliyin və operativliyin təmin edilməsi zərurəti ilə əlaqədar olaraq Kırants kəndində qeydiyyatda olmayan vətəndaşların kəndə girişi müvəqqəti məhdudlaşdırılıb”, - qurumun məlumatında deyilir.

Mənbə: www.yeniavaz.com