"Bu müharibə birbaşa insanı, milləti, dövləti, bəşəriyyəti hədəf almışdır” - PƏNAH HÜSEYN FUAD QƏHRƏMANLIYA QARŞI BASQILARIN ƏLEYHİNƏDİR

"Bu müharibə birbaşa insanı, milləti, dövləti, bəşəriyyəti hədəf almışdır” - PƏNAH HÜSEYN FUAD QƏHRƏMANLIYA QARŞI BASQILARIN ƏLEYHİNƏDİR

Bu sözləri Azərbaycan Xalq Partiyasının rəhbəri Pənah Hüseyn Qəhrəmanlı ailəsi ilə bağlı insidentə münasibət bildirərkən deyib.

O qeyd edib ki, hər cür zorakılığa və şiddətə, xüsusən uşağa və qadına qarşı zorakılığa və şiddətə qarşı olaraq, belə halları birmənalı qınayaraq, nifrətlə pisləyərək eyni zamanda bütün dünyada və o cümlədən Azərbaycanda ailə instituna qarşı xain bir saldırının, əsil müharibənin getdiyini görməmək korluqdur:

"Bu müharibə birbaşa insanı, milləti, dövləti, bəşəriyyəti hədəf almışdır. Və insanın, millətin, dövlətin, bəşəriyyətin taleyi bu müharibədə hansı tərəfin qalib gələcəyindən asılıdır. Bu müharibədə, mübarizədə mən ailənin, ailə dəyərlərinin, ailə əxalqının tərəfindəyəm. Bu situasiyada hər şeydən üstün olan AİLƏ-dir. Həqiqi insan, uşaq, qadın hüquqlarını təbliğatı davakar feminist pərdəsi altında aparılan psevdoinsan, psevdoqadın, psevdouşaq "hüquq və azadlıqların" dan fərqləndirmək lazımdır. Ailə dəyərlərini, fərdin dəyərləri ilə qarşılaşdırmaq, qarşı-qarşıya qoymaq nəzəri və feli olaraq yanlışdır".

Pənah Hüseyn sonda bildirib ki, qadına və uşaqlara qarşı şiddət və zorakılıq nə qədər eybəcərdirsə, bir ailənin faciəsini siyasi konyukturaya çəkib gətirmək, ondan siyasi antitəbliğat məlzəməsi kimi istifadə etmək cəhdləri iyrəncdir: "Allah ailələrimizi qorusun".

Qeyd edək ki, Selcan Yağmur atasından imtina etməsi barədə status dərc edib. Bunu şərh edən Fuad Qəhrəmanlı qızının profilinin oğurlandığını və paylaşımın həqiqətə uyğun olmadığını bildirib.

S.Yağmur buna cavab olaraq, profilinin oğurlanmadığını və statusu özünün yazdığını deyib. Daha sonra F.Qəhrəmanlı qızının bu fikri böyük emosional gərginlik halında yazdığını söyləyib.

Bu il avqust ayının 1-də Qəhrəmanlının həyat yoldaşı Qəhrəmanlı Zümrüd İsrafil qızı Abşeron Rayon Məhkəməsində yetkinlik yaşına çatmayan qızının anası ilə qalması şərti ilə nikahın pozulmasına dair iddia qaldırıb.

Mülki iş hakim Elman Məmmədov tərəfindən araşdırılır./musavat.com

Mənbə: muxalifet.az