Sərhədimizdəki ermənilərə kağız paylandı, pul təklif edildi

Sərhədimizdəki ermənilərə kağız paylandı, pul təklif edildi

“Tavuşun Kirant kəndinin sakinlərinin demarkasiya prosesinə mane olmamalı üçün onlara yüksək məbləğdə pul təklif edilib”.

Bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan deyib.

Deputat evləri demarkasiya zamanı Azərbaycan tərəfinə düşən sakinlərə istədikləri qədər pul vəd edildiyini bildirib:

“Sakinlərə kağız paylayıb deyiblər ki, hansı rəqəmi istəyirlər, yazsınlar. Lazım olan qədər pul ödəniləcək. Hətta bəzilərini dövlət qurumlarında işə dəvət ediblər. Prosesin nə olur olsun davam edəcəyini, sakinlərdən kompensasiyanı qəbul edib, sakit şəkildə yaşamağı tələb ediblər”.

Qeyd edək ki, Ermənistan hökuməti sərhəddə demarkasiya zamanı evi Azərbaycan tərəfə düşən sakinlərə yeni evlərin tikintisinə başlandığını açıqlayıb.

Mənbə: yenisabah.az