Lukaşenko yeni Baş Qərargah rəisi təyin edib

Lukaşenko yeni Baş Qərargah rəisi təyin edib

General-mayor Pavel Muraveyko Belarus Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilib.

Bu barədə BELTA məlumat yayıb.

Bildirilib ki, təyinat Prezident Aleksandr Lukaşenkonun sərəncamına əsasən baş tutub.

İndiyədək Muraveyko Təhlükəsizlik Şurasının dövlət katibi vəzifəsində çalışıb.

Qeyd edək ki, əvvəlki Baş Qərargah rəisi Viktor Quleviç mayın 11-də işdən azad olunub.

Mənbə: apa.az