Rusiyalı politoloq: Ermənistandakı vəziyyəti İran amili xilas edə bilməyəcək - VİDEO

Rusiyalı politoloq: Ermənistandakı vəziyyəti İran amili xilas edə bilməyəcək -

Ermənistanın Qərbə doğru hərəkəti ilk növbədə Türkiyəyə doğru hərəkətdir, çünki onun Fransa ilə sərhədi yoxdur.

Bizim.Media xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Areşev Moskvada keçirilən dəyirmi masada deyib.

Ekspert hesab edir ki, bu vəziyyətdə coğrafi amili gözardı etmək olmaz.
Onun fikrincə, ümumən yaxşı münasibətlərə baxmayaraq ölkədəki vəziyyəti İran amili xilas edə bilməyəcək, çünki rəsmi Tehranın İrəvandakı elitalara dərin etimadı yoxdur:

"Belə fikir formalaşıb ki, onların Qərblə ciddi əlaqələri var".



Mənbə: bizim.media