Amerikalı senatorlar "xarici agentlər" haqqında qanuna görə Gürcüstan rəhbərliyinə qarşı sanksiyaların tətbiqi, o cümlədən demokratiyanı dəstəkləmək və “zərərli kənar müdaxilələrlə” mübarizə aparmaq üçün Gürcüstanda fəaliyyət göstərən QHT-lərə daha 50 milyon dollar ayrılması barədə qanun layihəsi hazırlayıblar.
Bu barədə “Politiko” nəşri məlumat yayıb.
Məhdudiyyətlər haqqında qanun layihəsi demokrat Cin Şahin və Respublikaçı Cim Riş tərəfindən hazırlanır.
Mənbə: axar.az