Putin Lukaşenko ilə nüvə təlimlərinin ikinci mərhələsini müzakirə edəcək

Putin Lukaşenko ilə nüvə təlimlərinin ikinci mərhələsini müzakirə edəcək

Rusiya Prezidenti Vladimir Putin Belarusa səfəri zamanı Aleksandr Lukaşenko ilə Belarus hərbçilərinin iştirakı ilə keçirilən nüvə təlimlərini müzakirə edəcək.

APA bu barədə TASS-a istinadən xəbər verir.

“Gəlin təlimlərin ikinci mərhələsi haqqında danışaq. Bu, belaruslu dostlarımızın və hərbi sahədəki həmkarlarımızın bu tədbirlərdə birbaşa iştirakı ilə bağlıdır”, - Putin qeyd edib.

Mənbə: apa.az