Ruslar Putinə güvənir?

Ruslar Putinə güvənir?

Rusların 82 faizi Vladimir Putinin dövlət başçısı kimi fəaliyyətini təqdir edir.

Bu statistika İctimai Rəy Fondunun (FOM) keçirdiyi sorğuya əsasən məlum olub.

Sorğunun nəticələrinə görə, respondentlərin böyük əksəriyyəti (80 faiz) Rusiya prezidenti kimi Putinə güvənir. Onlar Rusiya hökumətinin işindən də danışıblar. 54 faiz Nazirlər Kabinetinin səylərini müsbət qiymətləndirir.

Aprel ayında Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi (VTsİOM) Rusiya sakinləri arasında sorğu keçirərək, ölkə sakinlərinin Putinə inam səviyyəsini öyrənib. Araşdırmanın nəticələrinə görə, ölkə sakinləri arasında etimad səviyyəsi 79,5 faiz təşkil edib.

Mənbə: publika.az