Ukraynanın Rusiyaya qaçan keçmiş prezidenti Viktor Yanukoviçin təyyarəsi Belarusa uçub.
Bu barədə “Belarus Qayun” monitorinq layihəsi məlumat yayıb.
Məlumata görə, bu gün günorta saatlarında Belarusun Qomel aeroportuna RA-09617 bort nömrəli “Dassault Falcon 900C” təyyarəsi enib.
Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin də Belarusa səfər edib.
Mənbə: axar.az