“Vəd edilmiş torpaq axtarışında olmağımız əsl Ermənistanı qurmağa imkan vermir" - Paşinyan

“Vəd edilmiş torpaq axtarışında olmağımız əsl Ermənistanı qurmağa imkan vermir" -

“Bu gün ölkəmiz həm də ona görə ideal deyil ki, vəd edilmiş torpaq axtarışı bizə hansı ərazidə, hansı mövqedə, hansı ölçüdə ev-dövlət qurmaq istəyirik sualına cavab formalaşdırmağa imkan vermir. Delimitasiya prosesi bu sualın pillə-pillə cavabıdır”.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan xalqa müraciətində bildirib.

“Əsl vəd edilmiş torpağa, əsl Ermənistana, Ermənistan Respublikasına birlikdə keçməliyik.

Bu məsələlərlə bağlı strateji düşüncə məni sülh gündəliyinə və bir-biri ilə bağlı real Ermənistana baxışa gətirib çıxardı. Hökumət “Real Ermənistan” strategiyasını artıq hazırlayıb və bu yolla gedir”, - deyə Paşinyan qeyd edib.

Mənbə: bizim.media