Helikopterin qəza enişi ilə bağlı Nikoldan açıqlama

Helikopterin qəza enişi ilə bağlı Nikoldan açıqlama

Əzizlərim, hər şey yaxşıdır. Əlverişsiz hava şəraiti ilə əlaqədar helikopterimiz Vanadzorda (Böyük Qarakilsə) plandankənar eniş edib.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan öz sosial şəbəkə hesabında yazıb.

“İndi səyahətimizə maşınla davam edirik. Hər kəsə xoş gün arzulayıram”, - deyə o əlavə edib.

Bundan öncə Taşirə uçan Paşinyanın helikopteri Vanadzor stadionuna təcili eniş etmişdi.

Mənbə: axar.az