Paşinyan: “Bu, gələcəyimizə zərbə olar”

Paşinyan: “Bu, gələcəyimizə zərbə olar”

“Tarixi Ermənistan” axtarışları ölkəsinin inkişafına və realist Ermənistanın qurulmasına mane olub.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

O deyib ki, Tavuş vilayətinin 3 kəndində Azərbaycanla sərhədin demarkasiyası işləri yekunlaşıb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Mühafizə bölmələri növbətçiliyə başlayıb, bir kənddə isə iş davam edir və prosesin iyulun 24-dək başa çatacağı gözlənilir.

Ermənistanın baş naziri qeyd edib ki, sərhədlərin demarkasiyası ölkəsinin suverenliyi və təhlükəsizliyinin mühüm elementidir. Prosesidə məqsəd əsl Ermənistanın üzə çıxarılması prosesidir.

"Müxtəlif qiymətləndirmələrin əksinə olaraq, hökumətimiz vətən və dövlət anlayışlarını bir-birindən ayırmır, onları bərabərləşdirməyə çalışır. Çünki bu, Ermənistan Respublikasını qurmaq və gücləndirmək üçün yeganə yoldur. Əks halda, onsuz da məhdud olan resurslarımızı xərcləyəcəyik. Bu isə dövlətin gələcəyinə zərbə vurar”, - deyə Paşinyan bildirib.

Vasif

Mənbə: www.bakupost.az