Fidan Brüsselə gedir

Fidan Brüsselə gedir

Türkiyənin xarici işlər naziri Hakan Fidanın rəhbərlik etdiyi nümayəndə heyəti mayın 26-da Brüsselə səfər edəcək.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Səfər zamanı ikitərəfli münasibətlərlə yanaşı, Yaxın Şərqdəki son vəziyyət müzakirə olunacaq.

H.Fidan keçirəcəyi ikitərəfli görüşlərdə İsrail-Fələstin qarşıdurmasının sülh yolu ilə həlli və bölgədə təcili atəşkəsin elan edilməsi istiqamətində danışıqlar aparacaq.

Mənbə: axar.az