Zelenski Rusiya ilə danışıqlardan imtina etdi

Zelenski Rusiya ilə danışıqlardan imtina etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə atəşkəsə dair razılıq əldə etmək imkanını nəzərdən keçirmədiyini bildirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Zelenskinin fikrincə, Rusiya belə xəbərlərdən öz mövqelərini gücləndirmək üçün istifadə edə bilər.

Xatırladaq ki, mayın 24-də Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə sülh danışıqlarının bərpasının zəruri olduğunu bildirmişdi.

Mənbə: news.milli.az