Ərdoğan zəlzələdə ölkəyə dəyən zərəri açıqladı

Ərdoğan zəlzələdə ölkəyə dəyən zərəri açıqladı

2023-cü ilin fevralında baş verən güclü zəlzələlər nəticəsində Türkiyə iqtisadiyyatı 104 milyard dollar itirib.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, təkcə evlərin deyil, istehsalat müəssisələrinin də dağıldığını vurğulayıb.

Ərdoğan əlavə edib ki, əsas zərər Türkiyənin cənub-şərqindəki şəhərlərin infrastrukturuna dəyib.

Mənbə: axar.az