Çinin bu hərəkətindən narahatıq - ABŞ

Çinin bu hərəkətindən narahatıq - ABŞ

ABŞ Çin ordusunun Tayvan ərazisində keçirdiyi təlimlərdən narahatdır.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

“ABŞ Tayvan boğazında və Tayvan ətrafında təlimlərindən dərin narahatdır. Biz Pekini təmkinlə hərəkət etməyə çağırırıq”, - məlumatda qeyd edilib.

Mənbə: axar.az