Bunlar Xocalıda aşkarlandı - Video

Bunlar Xocalıda aşkarlandı - Video

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş Ermənistan silahlı qüvvələrinə məxsus hava hücumundan müdafiə (HHM) sistemi və döyüş mövqeyinə baxış keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Xocalı rayonunda aşkar olunan hərbi obyektdən istismara yararlı "2K11 Kruq" zenit-raket kompleksinin tərkibinə daxil olan "1С32" raketlərin hədəfə yönləndirmə stansiyası, bir neçə "2П24" buraxıcı qurğusu və üzərində "3М8" idarəolunan zenit-raketləri ərazidən müsadirə edilib.

Mənbə: qafqazinfo.az