Ayətullah Ərafi: Prezidentliyə namizəd olmayacağam

Ayətullah Ərafi: Prezidentliyə namizəd olmayacağam

İranda nüfuzlu ruhanilərdən biri olan Ayətullah Ərafi prezidentliyə namizəd olmaycağını bildirib.

Nəzarətçilər Şurasının Hüquq Şurasının üzvü Ayətullah Ərafi seçkilərdə iştirak etmək niyyətinin olmadığını dilə gətirib: “Mənim seçkilərdə iştirak etmək fikrim yoxdur".

Bundan əvvəl daha bir nüfuzlu ruhani - Məhəmməd Mehdi Mir Baqeri iddialı olmadığını elan edib.

Xatırladaq ki, namizədliyin irəli sürülməsi prosesi mayın 30-dan başlayır.

Prezident seçkiləri iyunun 28-də keçiriləcək.

Mənbə: yenisabah.az