Ombudsman: Əfv sərəncamı insan hüquq və azadlıqlarına verilən dəyərin göstəricisidir

Ombudsman: Əfv sərəncamı insan hüquq və azadlıqlarına verilən dəyərin göstəricisidir

Builki əfv sərəncamı sayca 70-dir.

Bu sözləri Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamının icrası ilə bağlı jurnalistlərə açıqlamasında İnsan hüquqları üzrə müvəkkilli (Ombudsman) Səbinə Əliyeva deyib.

O bildirib ki, Azərbaycanın dövlətçiliyi tarixində ənənəvi olaraq bayramlar ərəfəsində Prezident İlham Əliyev əfv sərəncamları imzalayır:

"Builki əfv sərəncamı Müstəqillik Günü ərəfəsində imzalandı. Bu, sayca 70-ci əfv sərəncamıdır, ümumilikdə, 154 məhkuma şamil edilib. Bu münasibətlə Prezidentə təşəkkürümü bildirirəm. Əfv sərəncamı insan hüquq və azadlıqlarına verilən dəyərin göstəricisidir. Bu sərəncam xarici ölkə vətəndaşlarına da şamil edilib. Onları və ailə üzvlərini təbrik edirəm".

Mənbə: apa.az