Amerikalı konqresmenlər Tayvana gedir

Amerikalı konqresmenlər Tayvana gedir

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkolun rəhbərlik etdiyi nümayəndə heyəti Tayvana səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə Tayvandakı Amerika İnstitutu məlumat yayıb.

26-30 may tarixlərində baş tutacaq səfərdə 6 konqresmen iştirak edəcək.

Qeyd edək ki, bir neçə gündür Çin ordusu Tayvan ətrafında hərbi təlimlərə başlayıb.

Mənbə: axar.az