İrəvanda Paşinyanın istefası tələbi ilə aksiya başlayıb

İrəvanda Paşinyanın istefası tələbi ilə aksiya başlayıb

İərvanın Respublika meydanında Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının baş yepiskopu, “Tavuş Vətənin uğrunda” hərəkatının lideri Baqrat Qalstanyan rəhbərliyi ilə mitinq başlayıb.

APA-nın "news.am"-a istinadən verdiyi xəbərə görə, mitinqdən əvvəl gənclərin İrəvan küçələrində yürüşü olub, daha sonra onlar Respublika meydanına gəliblər.

Mitinq Ermənistan Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilir.

Mənbə: apa.az