Keşiş Paşinyanı sakitcə iqtidardan getməyə çağırdı

Keşiş Paşinyanı sakitcə iqtidardan getməyə çağırdı

“Bir din xadimi ilə görüşə təkcə siyasətçi kimi deyil, həm də kişi kimi gəlin. Ümid edirəm ki, siz görüşdən çəkinməyəcəksiniz, baxmayaraq ki, cəsarət etməyəcəyinə əminəm”.

Modern.az xəbər verir ki, bunu Ermənistada hakimiyyət əleyhinə keçirlən mitinqlərin təşkilatçısı keşiş Baqrat Srbazan görüşə dəvət etdiyi Nikol Paşinyana müraciət edərək bildirib.

“Gözümün içinə necə baxdığını bilmirəm: bir neçə gün əvvəl Kirantsda olduğu kimi, söhbət zamanı insanlara baxıb söyüş söyürdün? Ancaq bəli, lazımsız hərəkətlər etmədən dinc, sakit bir şəkildə getməyin vaxtı gəldi.

Düşünürəm ki, bu insanlar o qədər mehriban və dürüst olacaqlar ki, onlar bu dinc gedişə zəmanət verəcəklər”, - deyə Srbazan Paşinyana müraciətində bildirib.

Keşiş bu gün - bazar ertəsi səhər saatlarından etirazların bərpa olunduğunu elan edib.

Baqrat Srbazan bəyan edib ki, İrəvanın mərkəzindəki Respublika meydanından yalnız Lori və Tavuşa gedən yollar açıq qalmalıdır.

"Meğridən başlayaraq bütün digər mümkün və qeyri-mümkün yollarla, hər yerdə vətəndaş itaətsizliyi aktları baş verəcək. Bütün yerlərdə. Mən daha əvvəl etməli olduğum işləri tamamlayıb, 08:15-də Müqəddəs Anna kilsəsinin həyətində olacam", - keşiş bildirib.

“Biz onlara təzyiq göstərməliyik, işə getmələrinə imkan verməməliyik, çünki onların işi yoxdur, bu işdən çoxdan qovulublar, heç nəyə cavabdeh deyillər”, – Baqrat Srbazan əlavə edib.

Mənbə: yenisabah.az