NATO müttəfiqləri Stoltenberqdən Ukraynaya külli miqdarda - 100 milyard avro yardım planının daha aydın şəkildə izahını tələb edirlər.
Bu barədə “Politiko” məlumat yayıb.
“NATO baş katibinin Ukraynaya skeptik yanaşan keçmiş ABŞ prezidentinin noyabrda yenidən seçiləcəyi təqdirdə Kiyevi “Trampdan qoruyacaq” maliyyə dəstəyi planının bir hissəsi olan təklif alyans üzvləri arasında ən aktual məsələ olaraq qalır. Hətta Ukraynanın Şərqi Avropadakı ən yaxın müttəfiqlərindən bəziləri son həftələr plana qarşı susqunluq nümayiş etdirərək, NATO liderlərinin iyulda Vaşinqtonda keçiriləcək görüşünə bir neçə həftə qalmış bu qədər böyük məbləğdə pulun haradan və necə toplanacağını düşünürlər”, - məlumatda deyilir.
Qeyd olunur ki, həmin ölkələr NATO xarici işlər nazirlərinin Praqa görüşündə Stoltenberqin buna daha aydın izah verəcəyini gözləyir:
“NATO-nun bu planının “Avropanın ağır çəkisi” - Almaniya və Fransa tərəfindən dəstəklənib-dəstəkləməyəcəyi məlum deyil. Paris müdafiə xərclərini NATO deyil, AB daxilində saxlamağı seçib, kansler Şolts isə artıq ayrılan məbləğdən daha çoxunu xərcləməkdən çəkinir”.
Mənbə: axar.az