Azərbaycan XİN Müstəqillik Günü münasibətilə xalqı təbrik edib

Azərbaycan XİN Müstəqillik Günü münasibətilə xalqı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi 28 may - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə xalqı təbrik edib.

Bu barədə nazirliyin "X"dəki hesabında paylaşım edilib.

"28 may - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını və bütün dünya azərbaycanlılarını səmimi qəlbdən təbrik edir, ölkəmizə və xalqımıza rifah və daimi inkişaf arzulayırıq! Dövlətimiz əbədi olsun! Müstəqillik günümüz mübarək olsun!", - deyə paylaşımda qeyd edilib.

Mənbə: report.az