Şolts "hə" dedi: Ukrayna Rusiya ərazisini vura bilər, amma...

Şolts "hə" dedi: Ukrayna Rusiya ərazisini vura bilər, amma...

Almaniya kansleri Olaf Şolts Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə zərbələr endirmək imkanının olduğunu deyib.

Şolts bildirib ki, beynəlxalq hüquq normalarına uyğun olaraq bunu etmək üçün Ukrayna hər cür imkana malikdir. Bu barədə “Le Monde” qəzeti yazıb.

“Ukraynanın beynəlxalq hüquqa uyğun olaraq bunu etmək üçün hər cür imkanı var. Açıq demək lazımdır ki, Ukrayna hücuma məruz qalıb və özünü müdafiə edə bilər”, - alman siyasətçi bildirib.

Eyni zamanda kansler Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya zərbə endirmək üçün Qərb silahlarından istifadə etməsinə qarşı çıxıb. O, Qərb silahlarının istifadə sahəsini genişləndirmək üçün heç bir səbəb görmədiyini deyib. Şolts qeyd edib ki, alman silahlarının Ukraynaya tədarükü üçün konkret qaydalar var, onlar əvvəlcədən razılaşdırılıb.

Mənbə: publika.az