Moldova Prezidenti və Baş naziri məhkəməyə çağırıldı

Moldova Prezidenti və Baş naziri məhkəməyə çağırıldı

Moldova Prezidenti Maya Sandu və ölkənin Baş naziri Dorin Recan məhkəməyə çağırılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onlar 2013-cü ildə Kişinyov Beynəlxalq Hava Limanının konsessiyasına qarşı iş üzrə şahid qismində dəvət olunublar.

Hər iki siyasətçi hava limanını köçürməyə qərar verən keçmiş Baş nazir Yuri Leankanın hökumətində vəzifə tutub.

“Ümid edirəm ki, onlar mülki məsuliyyət nümayiş etdirib məhkəməyə gələcəklər, çünki onlar güzəşt prosesinin qanunsuz olduğuna dair bu nəzəriyyəni irəli sürüblər”, - deyən Moldovanın keçmiş Baş naziri onların konsessiya qərarına qarşı çıxmadığını bildirib.

Mənbə: qafqazinfo.az