ABŞ İranın PUA istehsalı sənayesinə qarşı sanksiyaları genişləndirdi

ABŞ İranın PUA istehsalı sənayesinə qarşı sanksiyaları genişləndirdi

ABŞ Maliyyə Nazirliyi İranın daha bir vətəndaşını və pilotsuz təyyarələrin istehsalı ilə bağlı olan dörd hüquqi şəxsi sanksiyalar siyahısına əlavə edib.

Musavat.com xəəbr verir ki, müvafiq məlumatı ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi yayıb.

Nazirlik bildirir ki, ikinci dərəcəli sanksiyalara məruz qalan şirkətlər "İranın pilotsuz uçuş aparatı (PUA) proqramı üçün mühüm hissələri təmin edən Rayan Roshd Afzar ilə əlaqəlidir". Siyahıya İran Aviasiya Sənayesi Təşkilatının (IAIO) rəhbəri Afşin Xarec Fard da daxil edilib.

Maliyyə Nazirliyinin məlumatına görə, ABŞ yeni məhdudiyyətlərin köməyi ilə “İranın ölümcül PUA-ların istehsalını və paylanmasını pozmağa” çalışır.

Mənbə: musavat.com