İsrail Tramp qəsəbəsinin  tikintisini təxirə saldı...

İsrail Tramp qəsəbəsinin  tikintisini təxirə saldı...

İsrail parlamentinin -Knessetin buraxılması səbəbindən "Ramat Tramp" qəsəbəsinin təməlqoyma mərasimi ləğv edilib.

Moderator.az xəbər verir ki, bu barədə yerli "Yediot Axronot qəzeti məlumat yayıb. Məlumatlara əsasən, mərasimin ləğv edilməsi və işin başlanma tarixinin təxirə salınması Knessetin ləğvi və nazirliklərin seçki dövrü üçün fəaliyyətlərini faktiki dondurması səbəbindən irəli gələn "inzibati və hüquqi çətinliklər"lə bağlıdır.

Xatırladaq ki, Suriyanın İsrail tərəfindən işğal edilmiş ərazisi olan Holan təpələrndə ABŞ prezidenti Donald Tramp adına bir qəsəbə qurma qərarı ABŞ-ın rəsmən bu bölgəni İsrailin tərkib hissəsi olaraq tanımasından sonra verilib.

 

Sultan Laçın

Mənbə: moderator.az