Putin qorxuya düşdü, Qərb isə "yatır"

Putin qorxuya düşdü, Qərb isə "yatır"

Ukraynanın raket hücumu Rusiya lideri Vladimir Putini qorxuya saldı, lakin Qərbi oyatmağa müvəffəq olmadı. ABŞ-ın Rusiya dərinliklərinə zərbə endirməyə icazə verməsinə baxmayaraq, Kiyevin müttəfiqləri arasında hələ də qorxunc bir sükut hökm sürür.

Axar.az xəbər verir ki, bu barədə “Teleqraf” nəşrində dərc edilən məqalədə vurğulanıb.

“Putin indi Britaniyanı nümunə götürən Baydenin HİMARS raketlərindən istifadə etməklə Ukraynaya Rusiya hədəflərinə zərbə endirməyə icazə verdiyi vaxtda NATO ölkələrindən qisas almaqla hədələyir”, - deyə məqalədə bildirilib.

Nəşr yazır ki, ukraynalılar üçün onların müharibəsinin Qərb nəşrlərinin ilk səhifələrindən itməsi qəribə gəlir:

“Avropada 1945-ci ildən bəri baş verən ən dəhşətli cinayət Qəzzadakı humanitar böhranın kölgəsində qaldı. İndi bir nömrəli düşmən rolunu oynayan Netanyahudur, Putin deyil. Qərb paytaxtlarında və tələbə şəhərciklərində Rusiyaya qarşı kütləvi etirazlar yoxdur. Əvəzində qorxunc sükut var”.

Mənbə: axar.az