İran xarici işlər naziri səlahiyyətlərini müvəqqəti icra edən Əli Baqeri Kani Rusiya Prezidenti Vladimir Putinin müşaviri və Şimal-Cənub dəhlizi üzrə xüsusi nümayəndəsi İqor Levitinlə görüşüb.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər regional və ikitərəfli məsələləri müzakirə ediblər.
Məlumata görə, iyunun 10-11-də Rusiyanın Nijnı Novqorod şəhərində BRİKS-ə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) üzv on ölkənin xarici işlər nazirlərinin görüşü keçirilir. Əli Baqeri bundan əvvəl Çinin xarici işlər naziri Van İ ilə görüşüb.
Mənbə: report.az