Makron istefa edə bilər:Müzakirə gedir

Makron istefa edə bilər:Müzakirə gedir

Fransa Prezidenti Emmanuel Makron yaxın ətrafı ilə parlament seçkilərində sağçıların qalib gələcəyi təqdirdə dövlət başçısı vəzifəsindən istefa vermək imkanını müzakirə edir.

Bu barədə “Europe 1” radiostansiyası məlumat yayıb.

“Prezidentin istefası tabu deyil. Bu gün bütün ssenariləri nəzərdən keçirmək lazımdır”, - radiostansiya Makronun yaxın adamlarından birinin sözlərini sitat gətirib.

Qeyd olunub ki, Makronun özü son həftələrdə həmsöhbətlərindən biri ilə bu “son tədbirlər ssenarisini” müzakirə edib.

Mənbə: report.az