“Təcrübə göstərir ki, müəyyən boşluqlar var. Bir çox hallarda erkən nikahla bağlı valideynləri məsuliyyətə cəlb etmək olmur”.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında deyib.
Şöbə müdiri qeyd edib ki, buna səbəb məcburetmənin sübuta yetirilə bilməməsidir: “Yetkinlik yaşına çatmayan özü ifadə verir ki, heç kim tərəfindən erkən nikaha məcburetmə olmayıb. Bu, statistikada da özünü göstərir. Belə ki, 2023-cü ildə bu sözügedən faktla bağlı cəmi bir cinayət işi qaldırılıb. Hesab edirəm ki, layihənin təkmilləşdirilməsi yaxşı olardı”
Mənbə: qafqazinfo.az