“Bu, Tbilisinin Kiyevə kömək etməsinə mane olmayacaq”

“Bu, Tbilisinin Kiyevə kömək etməsinə mane olmayacaq”

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, Ukraynanın Gürcüstanla bağlı qərarları Tbilisinin Kiyevə kömək etməsinə mane olmayacaq.

O, bu haqda Berlində keçirilən konfransda danışıb.

Onun fikrincə, ölkələrin hakimiyyət orqanları arasında ünsiyyətin çətinliyi konkret qərarlar, o cümlədən Ukrayna səfirinin Gürcüstandan geri çağırılması ilə izah olunur.

“Bunlar yanlış addımlar idi, lakin onlar bizim Ukrayna xalqına maksimum yardım göstərmək cəhdimizə mane olmayacaq. Heç bir siyasi qərar Ukrayna xalqının qayğısına qalmaq məsuliyyətimizdən üstün ola bilməz”, - Kobaxidze bildirib.

O, Gürcüstanın bütün platformalarda Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Baş nazir həmçinin qeyd edib ki, Gürcüstan və onun tərəfdaşları sülh bərqərar olduqdan sonra Ukraynanın bərpası üçün hər şeyi edəcəklər.

Mənbə: qafqazinfo.az