Vaşinqton İrəvana nə vəd edib? - DETALLAR

Vaşinqton İrəvana nə vəd edib? - DETALLAR

Amerika Birləşmiş Ştatları Ermənistana ölkədə islahatlarla bağlı yardım edəcəyinə söz verib.

Bu barədə Ermənistan hökuməti məlumat yayıb .

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə Vaşinqtondan İrəvana dəstək vəd edib. Amerika Birləşmiş Ştatlarının nümayəndəsi görüşün effektivliyini qeyd edərək əlavə edib ki, Amerika respublikaya müxtəlif sahələrdə islahatların təşviqində kömək etməkdə davam edəcək.

Öz növbəsində Paşinyan bu görüşün Ermənistanla ABŞ arasında əməkdaşlığın gələcək inkişafına verdiyi yeni təkandan danışıb. Baş nazirin sözlərinə görə, Vaşinqton İrəvanda ardıcıl olaraq demokratik islahatları təşviq edir.

O`Brayen Ermənistana iyunun 10-da gəlib. Onun səfəri ayın 12-dək davam edəcək. O, respublika rəhbərliyi ilə ikitərəfli əməkdaşlıq və İrəvan və Bakı arasında sülh müqaviləsi məsələlərini müzakirə etməyi planlaşdırır.

Mənbə: publika.az