Duzdağ Naxçıvan SN-in tərkibindən çıxarıldı

Duzdağ Naxçıvan SN-in tərkibindən çıxarıldı

Duzdağ Fizioterapiya Mərkəzi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılıb.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 11 iyun 2024-cü il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısının təsdiq edilməsi haqqında” 2011-ci il 26 noyabr tarixli Qərarında dəyişiklik edilərək “Duzdağ Fizioterapiya Mərkəzi” publik hüquqi şəxsi həmin siyahıdan çıxarılıb.

Eyni zamanda, “Duzdağ Fizioterapiya Mərkəzi” publik hüquqi şəxsinin işçiləri üçün stimullaşdırıcı əlavələrin həddinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2018-ci il 13 sentyabr tarixli Qərarı ləğv edilib.

Mənbə: axar.az